29 C
Baku
Friday, July 18, 2025

“AFB Bank” 2-ci rübü 3 milyon manata yaxın mənfəətlə başa vurub

“AFB Bank” ASC 2025-ci ilin 2-ci rübünü 2 milyon 718 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 634 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin yanvar-iyun ayında “AFB Bank”ın faiz gəlirləri 10 milyon 920 min manat, qeyri-faiz gəlirləri 4 milyon 460 min manat, faiz xərcləri 3 milyon 243 min manat, qeyri-faiz xərcləri isə 11 milyon 114 min manat olub.

Hesabat ayında “AFB Bank”ın aktivləri 311 milyon 823 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 6% çoxdur. Bunun 202 milyon 906 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 11% böyüyüb.

Son xəbərlər
Digər xəbərlər