“AFB Bank” ASC bu ilin I rübünü 1 milyon 854 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 4 milyon 425 manat idi.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Yanvar-mart aylarında “AFB Bank”ın gəlirləri 6 milyon 187 min manat, xərcləri 4 milyon 164 min manat olub.
Bu il aprelin 1-nə “AFB Bank”ın aktivləri 264 milyon 81 min manat olub ki, ötən ilin sonunda 272 milyon 238 min manat təşkil edib. Bunun 146 milyon 247 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 3 ayda bankın kredit portfeli 2.4% böyüyüb.
Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 5.3% azalaraq 180 milyon 955 min manata, balans kapitalı 2.4% artaraq 83 milyon 126 min manata çatıb.
Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı), 0.18 %-i Cəmil Tahir oğlu Muradova (“Gilan Holdinq” MMC-nin İdarə Heyətinin sədri), 0.18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.