10 C
Baku
Thursday, December 12, 2024

“AFB Bank” 2020-ci ildə biznes kreditlərinə ‘güc’ verib

“AFB Bank” 2020-ci ilin ilk 9 ayı ərzində müştərilərə verdiyi kreditin həcmini 18.7% artırıb. Bu barədə bankın cari ilin sentyabr ayı üzrə açıqladığı rüblük hesabatda qeyd edilir.

Hesabata görə, bankın kredit portfeli 434.41 mln. manat ( ilin əvvəli ilə müqayisədə +₼68.53 mln.), istehlak kreditləri 35.90 mln manat (+₼2.24 mln.), biznes kreditləri 357.46 mln. manat (+₼66.14 mln.) və daşınmaz əmlak kreditləri 41.04 (+₼0.15 mln.) olmuşdur. Göründüyü kimi bankın kreditlərinin bütün bölgülərində ilin əvvəli ilə müqayisədə artımlar baş vermişdir.

QİYMƏTLİ KAĞIZLARA MARAĞI AZALIB

Lakin, bankın digər aktivində azalma baş verib.  Bu da ümumi aktivlərinin hesabat dövründə 26.24 mln. manat (4.6%) azalmaqla 548.47 mln. manata düşməsinə səbəb olub. Bu aktiv isə qiymətli kağızlar üzrə portfeldir. “AFB Bank” bu portfelini ilin 9 ayı ərzində Ticarət və investisiya qiymətli kağızları 125.30 mln. manatdan 13.56 mln. manata qədər azaldıb ki, bu da 89.2% azalma deməkdir.

Analoji hal bankın əmlak aktivlərində də müşahidə edilib. İlin əvvəli ilə müqayisədə üç rübün sonunda 3.6% azalma ilə 30.19 mln. manata düşüb.

ÖHDƏLİKLƏRİ AZALIB

“AFB Bank”ın öhdəliklərinin həcmi hesabat dövründə 5% azalaraq 469.74 mln. manat olmuşdur. Bankın depozitləri 364.82 mln. manat olub. Bu depozitlərin 31.95 mln. manatı fiziki şəxslərdən cəlb edilən vəsait və 332.87 mln. manatı isə şirkətlərdən cəlb edilən vəsaitlər olmuşdur.

Kommersiya bankı kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərni 10.06 mln. manat və ya 9.2% azaldaraq 99.30 mln. manata qədər azaltmışdır.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində “AFB Bank” 1.77 mln. manat xalis mənfəət edib.

32 1345

Son xəbərlər
Digər xəbərlər