“AFB Bank”- 2020-ci ilin ilk 6 ayın təhlili – Bankın gəlirləri 92% artmışdır

2019-cu ilin eyni dövrü ilə müqaisədə Bankın cəmi aktivləri 35% (149.716.000 manat ) artaraq 573.389.000 manat olmuşdur. Bankın xalis mənfəəti isə ötən illin eyni dövrü ilə  müqaisədə 92% artaraq 2.578.000 manat olmuşdur. AFB Bank ASC-nin cəmi kredit portfeli ötən ilin eyni dövrü ilə müqaisədə 75% yüksəlmiş və 439.014.000 manat olmuşdur. AFB Bank ASC-nin real biznesə investisyalar ayırmasına başqa bir nümunə korporativ istiqamət üzrə kredit portfelinin ötən ilin eyni dövrü ilə müqaisədə  92% artmasıdır. Belə ki, Bankımız 2020-ci ilin ilk 6 ayında Bankımızın korporativ istiqamətdə kreditləri 361.952.000 manat  təşkil etmişdir. Bankımız istehlak kreditləşməsini də diqqətdən kənarda saxlamamışdır belə ki, 2020-ci ilin ilk 6 ayında istehlak kreditləri bakımızın ümumi kredit  portfelində 5%-ni təşkil etməkdədir. Digər kredit məhsulları isə 2019-cı ilin ilk 6 ayı ilə müqaisədə 48% artmaqla 56.546.000 manat təşkil etmişdir. 

         Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər