22 C
Baku
Thursday, April 25, 2024

“AFB Bank” 2022-ci ilin birinci rübünü mənfəətlə başa vurub

Ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC 2022-ci ilin I rübünü 1 milyon 854 min manat xalis mənfəətlə başa vurub. Bu barədə Banker.az-a Bankdan bildirilir.

Cari ilin I rübündə xalis faiz gəlirləri üzrə 3.6 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 1.2 milyon gəlir əldə edilib.

Xalis haqq və komissiya gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 20%, “AFB Bank”ın  ümumi kredit məhsulları üzrə satışı isə ötən ilin eyni dövrü ilə müqayisədə 70% -ə qədər artmışdır.

Bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 48% təşkil edir.  I dərəcəli kapitalın norması isə 5% olsa da, bankda 46%-dən çoxdur.

Qeyd edək ki, bankın məcmu kapitalı 82 milyon manat təşkil edir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, “AFB Bank” hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.

Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif  bank xidmətlərini təklif edir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər