22 C
Baku
Wednesday, May 22, 2024

“AFB Bank” 2023-cü ilin III rübünü 6.3 milyon manat xalis mənfəətlə başa vurub

®Ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC 2023-ci ilin III rübünü 6 milyon 293 min manat xalis mənfəətlə başa vurub.

Cari ilin ilk 9 ayında xalis faiz gəlirləri üzrə 11.4 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 5.3 milyon gəlir əldə edilib.

“AFB Bank”ın  ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə stabil qalsa da, depozit portfeli 18% artmışdır.

Fiziki şəxslərin müddətli əmanətləri ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfədən çox (keçən il 2 milyondan bu il 14.2 milyona) artmışdır.

Bank kapitalının gəlirliliyi əmsalı (ROE) 11%, Aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 4% təşkil etmişdir.

Bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 40% təşkil edir.  I dərəcəli kapitalın norması isə 5% olsa da, AFB bankda 36% olmuşdur.

Qeyd edək ki, bankın məcmu kapitalı 76 922 min manat təşkil edir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, “AFB Bank” hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.

Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər