“AFB Bank” ASC 2023-cü ilin III rübünü 6 milyon 293 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 11 milyon 452 manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
Yanvar-sentyabr aylarında “AFB Bank”ın gəlirləri 21 milyon 281 min manat (əvvəlki ilə nisbətən 1.3% çox) , xərcləri 16 milyon 934 min manat olub.
BANK BÖYÜYÜB
Bu il oktyabrın 1-nə “AFB Bank”ın aktivləri 304 milyon 624 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 8% artım deməkdir. Bunun 150 milyon 447 min manatı müştərilərə verilmiş kreditlərdir. Ötən ilin sonunda bankın kredit portfeli 149 milyon 560 min manat olub.
Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı), 0.18 %-i Cəmil Tahir oğlu Muradova (“Gilan Holdinq” MMC-nin İdarə Heyətinin sədri), 0.18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.