14 C
Baku
Sunday, November 24, 2024

“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti açıq tender elan edir

®Tenderin adı: “AFB BANK ” ASC tərəfindən bankomatların  satın alınması.

Tenderin elan tarixi: 23.05.2022

Tenderin son tarixi : 03.06.2022

Sifariş sayı: 5 ədəd

Texniki tələblər:

  • Cash-In,Cash-Out və Exchange funksiyalı olmalıdır;
  • 15 və ya 19 inch touch-screen monitoru olmalıdır;
  • Azercard-da sertifikasiyadan keçirilmiş proqram təminatı olmalıdır;
  • Təmassız kartların qəbul etmə imkanı olmalıdır;

Tenderdə iştirak etmək istəyən şirkətlərin sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
  • tender təklifi 30.06.2022 tarixinə kimi  qüvvədə olmalıdır;

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

  • Optimal qiymət təklifi;
  • Texniki göstəricilərə uyğunluq;
  • Sənədləşmənin tələb olunan qaydada təşkili;
  • Sifarişin vaxtında və düzgün qaydada icrası;

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.Təklifdə ödəniş şərtləri, zəmanət müddəti və şərtləri, çatdırılma müddəti və vergi şərtləri qeyd edilməlidir. Təkliflər 03.06.2022-tarixinə kimi  imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə  poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466  ) ünvanına  Vüsal Mehdiyev adına göndərilməlidir.Yaranacaq suallarla bağlı e-mail  vasitəsi ilə ( [email protected]  ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 )  ilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər