23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“AFB BANK” ASC Yanğından mühafizə sistemlərinin illik servisi ilə bağlı tender elan edir

Screen Shot 2021 09 02 at 14.34.20

®Təkliflər 31.07.2021 tarixində saat 17:30-a kimi qəbul edilir.

“AFB BANK” ASC potensial iddiaçıları aşağıda qeyd edilən xidmətlər üçün  öz təkliflərini təqdim etməyə dəvət edir.Təklifdə qiymətlər  Baş Ofis, filial və şöbələrdəki xidmətlər üzrə  ayrı-ayrı qeyd edilməlidir.Ünvanları  www.afb.az  saytından dəqiqləşdirə bilərsiniz.

  1. Baş ofis, filial və şöbələrdə yanğın siqnalizasiya sisteminin GSM modul ötürücü üzərindən monitor otağına ötürülməsi.
  2. Baş ofis, filial və şöbələrdə il ərzində 1 (bir) dəfə yanğın siqnalizasiya avadanlıqları yoxlanılmalı və texniki vəziyyətinə dair rəy verilməli.
  3. Baş ofis, filial və şöbələrdə aylıq servis xidməti.

 

 Filial və şöbələrdə istilik və tüstü detektorların sayı:

Baş ofis- 115 ədəd

Mərkəz filial-64 ədəd

Sahil filialı-8 ədəd

Nərimanov filialı-28 ədəd

Sumqayıt filialı-43 ədəd

Gəncə filialı-17 ədəd

Qəbələ filialı-19 ədəd

1 saylı şöbə-10 ədəd

2 saylı şöbə-10 ədəd

3 saylı şöbə-7 ədəd

4 saylı şöbə-11 ədəd

 

 İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidir.

  • Tenderdə iştirak etmək üçün yazılı müraciət
  • VÖEN sürəti
  • Göstəriləcək xidmətlərlə bağlı müvafiq lisenziya
  • Bu sahədə əməkdaşlıq etdiyiniz təşkilatların siyahısı

 

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir.

  • Aşağı qiymət
  • Yüksək keyfiyyətli texniki xidmət
  • Texniki tələblərə uyğunluq

 

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər bankın Baş ofisinə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466  ) qapalı zərfdə göndərilməlidir.İddiaçılar tenderdə iştirak etmək üçün 30 iyul 2021-ci il saat 18:00-dan gec olmayaraq e-mail vasitəsi ilə iştirakını təsdiq etməli  ([email protected] ünvanına mövzü hissəsində “TENDER –Yanğın siqnalizasiya sistemləri ” qeyd edərək) təşkilatın tam adı və rekvizitlərini qeyd etməlidir. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə müraciət edə və yaxud (050) 290 10 66 (Vüsal Mehdiyev) ilə əlaqə saxlaya bilərsiniz.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər