“AFB Bank” ASC 2017-ci ili zərərlə bitirib.
Banker.az xəbər verir ki, bu barədə Bankın 1 yanvar 2018-ci ilə olan maliyyə hesabatında deyilir.
Hesabata görə, ötən il ərzində 24,674 mln. manat ümümi faiz gəliri əldə edib. Bu da 2016-cı il ilə müqayisədə daha 8 mln. daha çox faiz gəlir əldə etməsi deməkdir. Lakin, ötən ildəki mənfəətdən fərqli olaraq kommersiya bankı bu göstərici ili ötən ilki xərclərini qarşılaya bilməyib – ili 12,19 mln. manat xalis zərərlə bitirib.
Buna baxmayaraq “AFB Bank”ın depozit portfeli ilin 12 ayı ərzində böyüyüb. Belə ki, hesabat dövrünün əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda 33 mln. manat, yəni, 30% artaraq 143,41 mln. manat həcmində olub.
Bankın öhdəliklərindəki hesabat dövrü ərzində 66,16 mln. manat artaraq 281,92 mln. manat təşkil edib.
Bankın aktivləri ötən ilin 12 ayı ərzində artmaqla da 2015-ci ildəki durumu belə geridə qoya bilib. Belə ki, “AFB Bank”ın aktivlər artaraq hesabat dövrünün sonunda 349,49 mln. manat olub.
Bankın cəmi kapitalı ilin ilk rübündə 82, 173 mln manat təşkil etdiyi halda ilin sonunda 67,58 mln. həcminə düşüb. Bankın zərəri balansında olan 9,4 mln. manat bölüşdürülməmiş mənfəəti yoxa çıxarmaqla yanaşı 4,8 milyon manat əlavə yığılmış zərər ortaya çıxarıb.
Xatırladaq ki, bu “AFB Bank”ın səhmlərinin 99,64%-i “Gilan” MMC-yə məxsusdur.