“AFB Bank” ASC 2023-cü ilin I rübünü 2 milyon 603 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 1 milyon 854 manat idi ki, bu da illik müqayisədə 40.4% artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
Yanvar-mart aylarında “AFB Bank”ın gəlirləri 6 milyon 648 min manat (əvvəlki ilə nisbətən 7.5% çox) , xərcləri 5 milyon 659 min manat olub.
BANK BÖYÜYÜB
Bu il aprelin 1-nə “AFB Bank”ın aktivləri 290 milyon 487 min manat olub ki, bu da 3% artım deməkdir. Bunun 166 milyon 831 min manatı müştərilərə verilmiş kreditlərdir. Ötən ilin sonunda bankın kredit portfeli 170 milyon 855 min manat olub.
DEPOZİT PORTFELİ BÖYÜYÜB
Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 8.3% artaraq 215 milyon 345 min manata, depozit portfeli isə 10% artaraq 127 milyon 524 min manat, balans kapitalı 75 milyon 142 min manat olub.
Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı), 0.18 %-i Cəmil Tahir oğlu Muradova (“Gilan Holdinq” MMC-nin İdarə Heyətinin sədri), 0.18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.