AFB Bank-dan Dövlət Gömrük Komitəsi əməkdaşları üçün xüsusi endirim kampaniyası®

Müxtəlif peşə sahibləri üçün sərfəli təkliflərlə gündəmdə olan AFB Bank bu dəfə Dövlət Gömrük komitəsi əməkdaşları üçün endirim kampaniyasına start verir.

Dövlət Gömrük Komitəsi əməkdaşlarının peşə bayramı münasibətilə təşkil edilən endirim kampaniyası 16-23 Yanvar tarixlərini əhatə edəcək. Kampaniya çərçivəsində kredit əldə edən gömrük əməkdaşlarına illik faiz dərəcəsinə 2% endirim (minimum illik faiz dərəcəsi 16%-dən az olmamaq şərtilə) ediləcək. Qeyd edək ki, kredit əldə edənlərə nağdlaşdırma komissiyası tətbiq edilməyəcək.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Nağd pul kreditinin müddəti 3 aydan 48 ayadəkdir və kreditin maksimal məbləği 20 000 AZN təşkil edir.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları