AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi

®AFB Bank şirkətlər və onların əməkdaşları üçün yeni “Mono Əməkhaqqı Kartı” məhsulunu təqdim edir. Yeni məhsul müəssisələrin əməkhaqqı layihələrində daha çevik, sərfəli və müasir bank həllərinə keçidini təşviq etmək məqsədi daşıyır.

“Mono Əməkhaqqı Kartı” şirkətlərə əməkhaqqı ödənişlərini daha rahat və səmərəli şəkildə həyata keçirməyə imkan verməklə yanaşı, əməkdaşlar üçün əlavə maliyyə üstünlükləri təqdim edir. Bu yanaşma müəssisələrə həm əməkdaş məmnuniyyətini artırmaq, həm də daha cəlbedici sosial paket formalaşdırmaq imkanı yaradır.

Kartın əsas üstünlüklərindən biri hesabda qalan vəsaitə illik 8% faiz hesablanmasıdır. Bu imkan minimum 50 AZN qalığından etibarən tətbiq olunur və maksimum məbləğ üzrə heç bir məhdudiyyət yoxdur. Bu əməkdaşlara maaş vəsaitlərini sadəcə saxlamaq deyil, eyni zamanda əlavə gəlir əldə etmək fürsəti yaradır.

Bununla yanaşı, “Mono Əməkhaqqı Kartı” istifadəçilərə 10%-dək keşbek, 50 000 manatadək kredit imkanı5 000 manata qədər komissiyasız köçürmə kimi üstünlüklər təqdim edir. Bu xüsusiyyətlər kartı gündəlik maliyyə əməliyyatları üçün daha funksional və sərfəli edir.

AFB Bank bu məhsulla şirkətlər üçün əməkhaqqı layihəsini yalnız ödəniş aləti deyil, həm də əməkdaşlar üçün əlavə dəyər yaradan maliyyə həlli kimi təqdim edir.

Şirkətlər əməkhaqqı layihələrini AFB Bank-a daşımaqla həm əməliyyat rahatlığı əldə edir, həm də əməkdaşlarına daha geniş maliyyə imkanları təqdim edə bilirlər. Bununla yanaşı, AFB Bank-ın yenilənmiş internet bankçılıq platforması vasitəsilə maaş ödənişləri, kütləvi köçürmələr və gündəlik maliyyə əməliyyatları daha sürətli, rahat və təhlükəsiz şəkildə idarə olunur. Rahat interfeys, real vaxt rejimində əməliyyatların izlənməsi, sadələşdirilmiş ödəniş prosesi və yüksək təhlükəsizlik standartları bizneslərə maliyyə idarəçiliyində maksimum effektivlik və nəzarət imkanı yaradır.

Sifariş üçün: https://afb.az/emekhaqqi-layihesi

AFB Bank-ın həyata keçirdiyi Transformasiya Strategiyası çərçivəsində biznes müştəriləri üçün daha çevik, sürətli və əlverişli maliyyə həllərinin təqdim olunması prioritet istiqamətlərdəndir. Bank sahibkarların yanında olmağı və onların davamlı inkişafına real töhfə verməyi əsas missiya kimi müəyyən edib. Hazırda AFB Bank ölkə üzrə 12 xidmət nöqtəsi vasitəsilə müştərilərinə xidmət göstərir.

Ətraflı məlumat və müraciət üçün AFB Bank-ın filiallarına yaxınlaşa və ya 1545 qısa nömrə ilə əlaqə saxlaya bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər