“AFB Bank” ASC fond bazarından maliyyə cəlb etmək üçün tənzimləyiciyə müraciət edib.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, kommersiya bankı ümumilikdə 5 milyon manatlıq vəsait cəlbini nəzərdə tutur.
Səndəddəki qeydlərə əsasən, səhmlərin hər biri 100 manat olmaqla 50 000 ədəd buraxılacaq.
Bank manatdakı istiqrazları BFB-də 13 faiz illik gəlirliliklə iki ilə təklif edəcək.
Bank 2024-cü ildə 23.99 mln. manat faiz gəlirinə qarşı 4.1 mln. manat xalis mənfəət əldə edib. Bankın 292.28 mln. manat cəmi aktivləri var.