15 C
Baku
Friday, March 29, 2024

“AFB Bank” ilə ”Fitch” əməkdaşlığı dayandırır ®

Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC “Fitch” reytinq agentliyi ilə reytinqin yenilənməsi üzrə əməkdaşlığı dayandırır.

Bütün dünyada qlobal böhrana yol açan COVİD-19 pandemiyasının yaratdığı yeni iqtisadi reallıqlar hazırda kommersiya banklarının da kredit reytinqinin yenilənməsinin əhəmiyyətini azaldır. Xarici maliyyə bazarlarında baş verən kataklizmlər vəsait cəlb etmək imkanlarını çətinləşdirmiş, həmçinin kredit qoyuluşlarının azalması fonunda kredit reytinqinin yenilənməsini Bank üçün qeyri-rasional etmişdir. Biznesin inkişafı məsələlərində strategiya bir daha nəzərdən keçirilərək “Fitch” reytinq agentliyi ilə əməkdaşlığı müvəqqəti dayandırmaq qərara alınmışdır. Bununla yanaşı qeyd edək ki, Bankın LT İDR reytinqi “B-” səviyyəsində qiymətləndirilmişdir. Çətin iqtisadi vəziyyətə baxmayaraq “AFB Bank”ın kapital mövqeyi tələb olunan normativlərdən kifayət qədər yüksəkdir və bu reytinq ölkə üzrə aparıcı kommersiya bankları arasında olan ən yüksək reytinqlərindən biridir.

Məlumat üçün bildiririk ki, “AFB Bank”ın mənfəətində arıtm qeydə alınmışdır. Bankın bu ilin I rübünün mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 23 dəfə çoxdur.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Sosial izolyasiya tədbirlərini nəzərə alan Bank müştərilərinə daha çox rəqəmsal kanallarla xidmət etməyi hədəfləyib. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər