®Ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC 2023-ci ildə aktivlərini 17% artırmışdır. Xalis mənfəəti isə 7 milyon 653 min manat təşkil etmişdir.“AFB Bank”ın ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 5.5%, depozit portfeli isə 36%, qiymətli kağızlara investisiyalar isə keçən il 18.8 milyon manatdan 41.6 mln manat məbləğinə yüksələrək 2 dəfədən çox artmışdır.
2023-cü ildə ipoteka portfelimiz isə ötən il ilə müqayisədə 30%, fiziki şəxslərin müddətli əmanətləri keçən il 3.5 milyon manatdan 16.8 milyon manatadək yüksələrək 5 dəfəyə yaxın artmışdır.
Cari ildə xalis faiz gəlirləri üzrə 19.5 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 5.5 milyon gəlir əldə edilib.
Bank kapitalının gəlirliliyi əmsalı (ROE) 10%, Aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 2.3% təşkil etmişdir.
Geridə qoyduğumuz ildə AFB Bank tərəfindən Dövlət büdcəsinə toplam 6 milyon 130 min manat həcmində vəsait daxil olmuşdur.
Bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 38% təşkil edir. I dərəcəli kapitalın norması isə 5% olsa da, AFB bankda 33% olmuşdur.
Qeyd edək ki, bankın məcmu kapitalı 78 863 min manat təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, “AFB Bank” hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.