“AFB Bank”ın faiz gəlirləri cari ilin ilk 6 ayı ərzində 14.06 mln. manat olub. Bu da öncəki ilin analoji dövrü ilə müqayisədə 2.4% azalma deməkdir. Bu barədə bankın 2020-ci ilin ikinci rübünə olan maliyyə hesabatında deyilir.
Bank ilin ilk yarımilində 1.02 mln manst faiz xərci, 3.84 mln manat qeyri-faiz gəliri və 8.63 mln. manat qeyri-faiz xərci edib. Nəticədə bank 8.23 mln. manatlıq əməliyyat mənfəəti edib.
“AFB Bank” ilk yarımillikdə problemli kreditlər üzrə 5.02 mln. manat çıxıldıqdan sonra 3.22 mln. manat xalis mənfəət əldə edib.
Aktivlər…
1 iyul 2020-ci il tarixinə aktivlərinin həcmi 573.39 mln. manat olub. Aktivlərinin 439.02 mln. manatı kredit portfeli, o cümlədən 36.76 mln. manatı istehlak, 363.09 mln. manatı biznes və 39.16 mln. manatı daşənmaz əmlak üzrə kreditlər olub. Bank yarımil ərzində kredit portfelini 20% genişləndirə bilib.
AFB Bank-ın öhdəliklərinin həcmi hesabat dövründə 494.88 mln manat olub. Burada 388.7 mln manatı depozitlər, 100 mln manatı digər bank və maliyyə qurumlarına borcları təşkil etmişdir.