AFB Bank-ın depozit qutularındakı icarə haqqı iki dəfə artıb

“AFB Bank” qiymətliləri qorumaq üçün istifadə etdiyi depozit qutularından istifadə üzrə icarə haqları artıb.

Banker.az monitorinq qrupunun araşdırmasına, qiymətli əşyalar saxlanması üçün istifadə olunan bu qutuların ən kiçik ölçüsü üçün icarə haqqı bu günə qədər 5 manat təşkil etdiyi halda bu gündən etibarən 2 dəfə artaraq 10 manata qalxıb.

Depozit qutusunun ölçüsü (mm) Aylıq icarə haqqı
90 x 270 x 420 10 AZN
140 x 270 x 420 20 AZN
200 x 270 x 420 30 AZN
300 x 270 x 420 40 AZN
340 x 480 x 660 50 AZN
1600 x 480 x 660 60 AZN