“AFB Bank” qiymətliləri qorumaq üçün istifadə etdiyi depozit qutularından istifadə üzrə icarə haqları artıb.
Banker.az monitorinq qrupunun araşdırmasına, qiymətli əşyalar saxlanması üçün istifadə olunan bu qutuların ən kiçik ölçüsü üçün icarə haqqı bu günə qədər 5 manat təşkil etdiyi halda bu gündən etibarən 2 dəfə artaraq 10 manata qalxıb.
Depozit qutusunun ölçüsü (mm) | Aylıq icarə haqqı |
90 x 270 x 420 | 10 AZN |
140 x 270 x 420 | 20 AZN |
200 x 270 x 420 | 30 AZN |
300 x 270 x 420 | 40 AZN |
340 x 480 x 660 | 50 AZN |
1600 x 480 x 660 | 60 AZN |