“AFB Bank”ın sabiq sözçüsü Vitali Buryuçkov “Bank of Baku” ASC-nin şöbəsinə yeni müdir təyin olunub.
Bu barədə Banker.az şəxsin özündən əldə edtiyi məlumata istinad edir.
Məlumata əsasən, Vitali Buryuçkov bankda Tərəfdaşlarla Əməkdaşlıq şöbəsində müdir təyin olunub.
O, bundan öncə, yəni 2018-ci ilin dekabrına qədər “AFB Bank” ASC-də Marketinq və İctimai Əlaqələr şöbəsinin müdri idi. Bankı tərk etikdən sonra turizm şirkəti olan “AirGroup” MMC-yə Marketinq şöbəsinə müdir getmişdi.