AFB Bank-ın “Sürətli Tender Qarantiyası” məhsuluna maraq artmaqdadır!

®AFB Bank-ın təqdim etdiyi “Sürətli Tender Qarantiyası” məhsulu sahibkarlar arasında qısa müddətdə geniş maraq qazanıb. Təklif olunan çevik şərtlər və operativ rəsmiləşdirmə prosesi bizneslərin tender iştirakını daha əlçatan edir.

Məhsul çərçivəsində şirkətlər tender qarantiyasını girov təqdim etmədəncəmi 1 iş günü ərzində əldə edə bilirlər. Bu isə sahibkarlara vaxt itirmədən tender proseslərinə qoşulmaq və öhdəliklərini daha rahat şəkildə yerinə yetirmək imkanı yaradır.

“Sürətli Tender Qarantiyası” üzrə maksimal məbləğ 100 000 AZN-dək, müddət isə 12 ayadək müəyyən edilib. Bu şərtlər müxtəlif sahələrdə fəaliyyət göstərən biznes subyektləri üçün çevik və praktik maliyyə həlli təqdim edir.

AFB Bank biznes müştəriləri üçün təqdim etdiyi məhsullarla onların fəaliyyətində operativliyi artırmağa və maliyyə imkanlarını genişləndirməyə davam edir.

Sifariş üçün: https://afb.az/suretli-tender-qarantiyasi

AFB Bank-ın həyata keçirdiyi Transformasiya Strategiyası çərçivəsində biznes müştəriləri üçün daha çevik, sürətli və əlverişli maliyyə həllərinin təqdim olunması prioritet istiqamətlərdəndir. Bank sahibkarların yanında olmağı və onların davamlı inkişafına real töhfə verməyi əsas missiya kimi müəyyən edib. Hazırda AFB Bank ölkə üzrə 12 xidmət nöqtəsi vasitəsilə müştərilərinə xidmət göstərir.

Ətraflı məlumat və müraciət üçün AFB Bank-ın filiallarına yaxınlaşa və ya 1545 qısa nömrə ilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər