12 C
Baku
Saturday, November 23, 2024

“AFB Bank” kart sahiblərinə şad xəbər: “Google Pay™” aktivləşdi

®“AFB Bank” müştərilərinin ödənişlərini daha da asanlaşdırmaq üçün müasir texnologiyaların tətbiqinə davam edir. Belə ki, 24 aprel tarixində “AFB Bank” ödəniş kartları üçün “Google Pay™” xidməti aktivləşib.

Son dövrlərdə rahatlığı baxımından geniş istifadə edilən “Google Pay™” kart istifadəçilərinə karta fiziki olaraq ehtiyac olmadan təmassız ödəniş etməyə imkan verir. Bu xidmət sayəsində “Android” əməliyyat sistemli elektron cihazlar vasitəsilə mağazalarda, internet saytlarında, tətbiqetmələrdə bir neçə saniyədə ödəniş etmək mümkündür. Onu da bildirək ki, “Google Pay™”in digər ən vacib özəlliklərindən biri də, təhlükəsiz olmasıdır, burada kartlara aid məlumatlar heç bir halda 3-cü şəxslərə ötürülmür. 

Xidmətə qoşulmaq üçün “AFB Bank” tətbiqinə giriş edə və ya “Google Wallet™” tətbiqinə kartınızı əlavə edə bilərsiniz. Aktivləşdirmədən sonra təmassız ödəniş etmək üçün mobil cihazınızda “NFC” funksiyasını aktiv etməyiniz yetərlidir.

Qeyd edək ki, bankın bu və digər xidmətləri barədə ətraflı məlumatı afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə etmək mümkündür.

Daima inkişafda olan “AFB Bank” həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri – kredit, kartlar, əmanət, depozit, köçürmə və s. təqdim edir. Hazırda 7 filial və 4 şöbəsi ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində fəaliyyət göstərir. 

 

Son xəbərlər
Digər xəbərlər