®Ölkəxaricinə P2P pul köçürmələri etmək istəyənlər “AFB Bank” vasitəsilə bu əməliyyatı rahat və sürətli şəkildə edə bilərlər. Belə ki, “AFB Bank” Azərbaycanda “MasterCard Cross-Border” xidmətinə qoşulan ilk banklardan biri olaraq bu xidməti müştərilərinin ixtiyarına verib.
“MasterCard Cross-Border” xidməti fiziki şəxslər arasında ölkəxaricinə tam, sürətli və təhlükəsiz şəkildə pul köçürmələri etməyə imkan verir. Xidmət ən müasir təhlükəsizlik sisteminə malik “MasterCard” beynəlxalq ödəniş təşkilatının şəbəkəsi tərəfindən dəstəklənir. Nəticədə, “Mastercard” avantajlarından pul köçürmələri zamanı da faydalanmaq mümkün olur.
Xidmətin üstün cəhətlərindən biri icra edilən ölkəxarici köçürmələrin, əsasən, real vaxtda və eyni gündə baş verməsidir. Bundan əlavə, köçürmə əməliyyatını köçürülən ölkənin valtyutası ilə 4 valyutada (USD, TL, EUR, GBP) aparmaq mümkün olur.
Qeyd edək ki, ölkənin daima inkişaf edən banklarından olan “AFB Bank” həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri təqdim edir. Hazırda 7 filial və 4 şöbəsi ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində fəaliyyət göstərir.
Ətraflı məlumatı afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə etmək mümkündür.