13 C
Baku
Thursday, May 9, 2024

“AFB Bank” ötən il 8 milyon manata yaxın xalis mənfəət əldə edib

“AFB Bank” ASC 2023-cü ilin IV rübünü 7 milyon 652 min manat mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövründə isə bankın mənfəəti 10 milyon 884 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

31 dekabr 2023-cü il tarixində “AFB Bank”ın gəlirləri 30 milyon 332 min manat (əvvəlki ilə nisbətən 2.3% çox) , xərcləri 23 milyon 733 min manat olub. Bank ötən il 2 milyon 475 min manat mənfəət vergisi ödəyib.

Bu il yanvarın 1-nə “AFB Bank”ın aktivləri 330 milyon 668 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 17% artım deməkdir. Bunun 180 milyon 50 min manatı müştərilərə verilmiş  kreditlərdir. Ötən ilin sonunda bankın kredit portfeli 170 milyon 855 min manat olub.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı), 0.18 %-i Cəmil Tahir oğlu Muradova (“Gilan Holdinq” MMC-nin İdarə Heyətinin sədri), 0.18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər