4 C
Baku
Thursday, January 15, 2026

“AFB Bank” ötən il mənfəət edib, kredit portfeli kəskin artıb

“AFB Bank” ASC 2025-ci ili 4 milyon 257 min manat mənfəətlə başa vurub. 2024-cü ildə bankın mənfəəti 4 milyon 578 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Ötən il “AFB Bank”ın cəmi gəlirləri 35 milyon 934 min manat (əvvəlki ilə nisbətən 14% çox), cəmi xərcləri 34 milyon 963 min manat olub. 2024-cü ildə isə bankın gəlirləri 31 milyon 640 min manat, xərcləri 26 milyon 420 min manat təşkil edib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ KƏSKİN ARTIB

Hesabat ayında “AFB Bank”ın aktivləri 423 milyon 4 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 43.3% çoxdur. Bunun 292 milyon 544 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 60% böyüyüb.

 

Son xəbərlər
Digər xəbərlər