“AFB Bank” ötən ili 4 milyon 578 min manat xalis mənfəət ilə başa vurub.
Ötən il “AFB Bank”ın xalis faiz gəlirləri 16 milyon 345 min manat, qeyri-faiz gəlirləri 9 milyon 167 min manat, qeyri-faiz xərcləri 20 milyon 747 min manat, xalis əməliyyat gəlirləri 4 milyon 765 min manat olub.
2025-cü ilin yanvar ayının 1-nə “AFB Bank”ın aktivləri 295 milyon 167 min manat olub. Bunun 183 milyon 91 min manatı müştərilərə verilmiş kreditlər olub ki, bu da illik müqayisədə 2% artımdır. Bankın kredit portfelinin aktivlərdəki payı ilin sonuna nisbətən 54.45 faizdən 62.03 faizə qədər artıb.
Bankdakı müddətli hesabların həcmi də son bir ildə 1 milyon 485 min manat artaraq 32 milyon 521 min manata yüksəlib. Bankda cari hesabların həcmi isə 100 milyon 462 min manat təşkil edib.
Qeyd edək ki, onun nizamnamə kapitalı 70.393 milyon manatdır.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, “AFB Bank” hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.