“AFB Bank” Özünüməşğulluq proqramı çərçivəsində daha 4 vətəndaşa dəstək oldu

®Daima inkişaf edən banklardan olan “AFB Bank” ASC özünüməşğulluq proqramı növbəti layihəni uğurla başa vurub.

Özünüməşğulluq proqramı çərçivəsində 12-13.12.2022-ci il tarixlərində 4 xanım vətəndaşa “AFB Bank” tərəfindən bizneslərinin inkişafı üçün “Qadın Gözəllik Salonu” zərfi üzrə aktivlər təqdim olunub.

Belə ki, Sumqayıt şəhər sakini İsmayılova Lamiyə Nizami qızı, Bakı şəhər sakinləri Camalova Mehriban Fəyaz qızı, İskəndərova Lalə Əlihüseyn qızı, Əliyeva Rəfsanə Nüsrəddin qızı Qadın Gözəllik Salonunda istifadə üçün zəruri olan xüsusi avadanlıqlarla təmin olunublar.

Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas əhali qrupuna aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

“AFB Bank” bu tip sosial layihələrin həyata keçirilməsinin əhəmiyyətini anlayır və hər zaman sosial proqramlara xüsusi diqqət yetirir. Özünüməşğulluq layihəsi çərçivəsində “AFB Bank” indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında çox sayda işsiz, fiziki məhdudiyyətli, şəhid, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə aktivlər təqdim edib.

2009-cu ildə fəaliyyətə başlayan “AFB Bank” ASC 7 filial, 4 şöbə ilə vətəndaşların xidmətindədir. Bankın göstərdiyi xidmətlər barədə daha ətraflı məlumatı rəsmi sosial media hesablarından və ya 1545 Çağrı Mərkəzindən əldə edə bilərsiniz.