®AFB Bank, ölkəmizdə idmanın və xüsusilə futbolun inkişafına verilən dəstəyə qatqı olaraq, “Qəbələ” Futbol Klubu ilə yeni sponsorluq müqaviləsi imzalayıb. Bu əməkdaşlıq çərçivəsində il boyu müxtəlif təşəbbüslər həyata keçiriləcək və futbolsevərlərə unudulmaz anlar bəxş ediləcək.
İlk addım olaraq, #AxtardığınFutbolBurada mesajı ilə klubun rəsmi avtobusu AFB Bank tərəfindən xüsusi dizayn edilərək istifadəyə verildi. Bu şüar həm futbolsevərlərə ümid dolu mesaj verir, həm də təsadüfi deyil ki, AFB Bank adının baş hərfləri ilə üst-üstə düşür. Beləliklə, “AFB” həm bankı, həm də futbol sevgisini birləşdirən güclü simvola çevrilir. Avtobusun şəhər küçələrində görünməsi futbolun nəfəsini hər yerdə hiss etdirməklə yanaşı, azarkeşlər arasında böyük maraq doğurur və komanda ruhunu daha da gücləndirir.
Əməkdaşlığın növbəti mərhələsi kimi, AFB Bank-ın korporativ rəngləri və loqosundan ilhamlanaraq “Qəbələ” FK-nın yeni forması dizayn edilib. Bu forma həm klubun ənənələrini qoruyur, həm də tərəfdaşlıq ruhunu əks etdir.
Bank rəhbərliyinin bildirdiyinə görə, “Bizim üçün idmana dəstək yalnız sponsorluq deyil, gənclərin sağlam həyat tərzini təşviq etmək və milli idman mədəniyyətinin inkişafına töhfə verməkdir. Qəbələ FK ilə əməkdaşlıq bu istiqamətdə atdığımız mühüm addımlardan biridir.”
AFB Bank və “Qəbələ” Futbol Klubu gücünü birləşdirərək komanda ruhuna, azarkeş sevgisinə və idmana yeni enerjini hədəfləyir.