“AFB Bank” ASC-nin Audit Komitəsinə yeni təyinatlar olub.
Banker.az-ın əldə etdiyi məlumata görə, səhmdarlarının qərarı ilə bankın Audit Komitəsinə Müşfiq Şabiyev Valeh oğlu sədr (bundan öncə A.K.-nin üzvü idi), Ruslan Hüseynov Zahid oğlu və Samir Ağazadə Seyidəhməd oğlu isə üzv təyin edilib.
Bundan öncə Audit Komitəsində yer alan Faiq Abdullayev Faust oğlu isə vəzifəsindən ayrılıb.