15 C
Baku
Friday, April 26, 2024

“AFB Bank” səhmdarlara dividend ödəyib – rəqəm bəlli oldu

“AFB Bank” ASC 2019-cu ilin ilk yarımilliyi ərzində səhmdarlarına bölüşdürülməmiş mənfəətindən divident ödəyib.

Banker.az xəbər verir ki, bu barədə kommersiya bankının maliyyə hesabatında deyilir.

Bankın ödədiyi dividentin həcmi 11,5 mln. manat təşkil edib və nəticədə ilin ikinci rübündə bölüşdürülməmiş mənfəət 4,23 mln. manata düşüb.

Səhmlərin pay bölgüsünə əsaslansaq bank, 11,46 mln. manatı əsas səhmdarına, yəni, Hikmət İsamyılova ödəmiş olacaq.

Bankın hazırda nizamnamə kapitalı 70,39 mln. manat təşkil edir ki, bunun 99,6406%-i  Hikmət İsmayılov, 0,1797% –i, Tahir Muradov və 0,1797% –i isə  Əkbər Abdullayev adlı fiziki şəxslərə aiddir.

***

Dividendlər Nədir?

(İng. dividends) — səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsi. Sahib olunan səhmlərə uyğun dividend ödənilir. Yəni dividendlər hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır. (Vikipedia)

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər