9 C
Baku
Friday, December 13, 2024

“AFB Bank” Şuşa şəhərində filial açmağa qərar verdi

®Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC düşmən işğalından azad edilən Şuşa şəhərində filial açmağa qərar verdi.

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi torpaqlarımız erməni işğalçılarından azad edildikdən sonra həmin ərazilərdə infrastrukturun bərpası işlərinə başlanılmışdır. Şuşa şəhəri və ətraf rayonların əhalisinin innovativ Bank xidmət və məhsulları ilə təmin etmək üçün AFB Bank Qarabağımızın incisi Şuşa şəhərində filial açmağı planlaşdırır. Yeni açılması planlaşdırılan filialda müştərilərə əmanət və cari hesabların açılması, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, hesablaşma-kassa əməliyyatları, kommunal, rabitə və başqa bütün növ xidmətlərin ödənişləri və digər bank xidmətləri təklif ediləcək.    

         Hazırda 9 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər