15 C
Baku
Wednesday, April 24, 2024

AFB Bank, təcrübə proqramını uğurla başa vuran gəncləri təltif edib

®AFB Bank gələcək karyerasını bank sektorunda qurmaq istəyən gəncləri dəstəkləməkdə davam edir. Bu məqsədlə Bank tərəfindən öyrənməyə və özünü inkişaf etdirməyə həvəsi olan gənclər üçün xüsusi təcrübə proqramları təşkil edilir. 

1 illik fəaliyyəti dövründə AFB Bankın təcrübə proqramına 77 gənc qatılmış, onlardan 49 nəfər proqramı uğurla başa vurmuş və sertifikat almışdır. Bu gənclərdən 15 nəfər AFB Bankda işlə təmin edilmişdir. 

Bu günlərdə Təcrübə proqramını uğurla bitirmiş növbəti 4 gəncə AFB Bankın sertifikatları təqdim edilmişdir. 

Qeyd edək ki, AFB Bank tərəfindən təşkil edilən təcrübə proqramlarının köməyi ilə gənclər işləyərək öyrənmək, real iş mühiti ilə tanışlıq, güclü komandada işləmək imkanları qazanırlar. Təcrübə proqramını uğurla başa vuran şəxslər Bank tərəfindən sertifikatla təltif edilərək, Bankın işçi ehtiyacı çərçivəsində işlə təmin olunur və ya ehtiyat kadr bazasına daxil edilirlər.

2009-cu ildə fəaliyyətə başlayan “AFB Bank” ASC 7 filial, 4 şöbə ilə vətəndaşların xidmətindədir. Bankın göstərdiyi xidmətlər barədə daha ətraflı məlumatı rəsmi sosial media hesablarından və ya 1545 Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

WhatsApp Image 2022 04 15 at 2.43.11 PM 1 WhatsApp Image 2022 04 15 at 2.43.12 PM WhatsApp Image 2022 04 15 at 2.43.11 PM WhatsApp Image 2022 04 15 at 2.43.11 PM 2

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər