®Tenderin adı: “AFB BANK ” ASC tərəfindən Bankomat köşklərinin satın alınması
Tenderin elan tarixi: 26.01.2024
Tenderin son tarixi : 09.02.2024
Sayı: 12 ədəd (il ərzində hissə-hissə sifariş ediləcək).
02.02.2024 tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.
09.02.2024 tarixinə kimi qiymət təklifləri göndərilməlidir.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- tender təklifi 31.12.2024 tarixinə kimi qüvvədə olmalıdır;
- İcra edilmiş işlərin təqdimatı;
- Əməkdaşlıq etdiyi təşkilatların siyahısı;
Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə 01.02.2024-cü il -tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər (ölçü,material və s.) göndəriləcək. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.