11 C
Baku
Tuesday, November 26, 2024

“AFB Bank” tender elan edir

®Tenderin adı: “AFB BANK” ASC tərəfindən məlumatların təsnifləşdirilməsi üzrə xidmətlərin satın alınması.

Tenderin elan tarixi: 26.11.2024

Tenderin son tarixi : 10.12.2024

03.12.2024-cü il  tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.

10.12.2024-cü il tarixinə kimi qiymət təklifləri göndərilməlidir.

Ümumi texniki tələblər:

  • Podratçı şirkətin fəaliyyət müddəti və tamamlanmış müvafiq layihələr barədə məlumat.
  • Oxşar layihələr üzrə əldə olunmuş təcrübələr barədə məlumat.
  • Uyğun olduğu halda əvvəlki müştərilərin siyahısı, həmçinin məlumatların təsnifatı ilə bağlı rəylər və ya iş nümunələri. 
  • Komanda üzvlərinin sertifikatları və layihədəki  vəzifələri haqqında məlumat.
  • Təklif olunan metodologiya – Əl ( manual ) ilə məlumatların təsnifatı üçün təklif edilən yanaşma, istifadə edilən   alətlərin, texnikaların  və s təsviri.
  • Müvafiq standartlara (məsələn, ARMB-nın maliyyə təşkilatları qarşısında tələbləri, PCİ DSS, SWIFT və ISO 27001)  uyğunluq.
  • Layihəyə cəlb ediləcək əməkdaşların sayı
  • Metodologiyanı nümayiş etdirmək üçün kiçik həcmli məlumat təsnifatını təqdim etmə qabiliyyəti.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
  • İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
  • İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
  • Daha əvvəl həyata keçirilmiş layihələr və istifadəçi referansları
  • tender təklifi 31.01.2025 tarixinə kimi  qüvvədə olmalıdır;

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

  • Optimal qiymət təklifi;
  • Sənədləşmənin tələb olunan qaydada təşkili;
  • Sifarişin vaxtında və düzgün qaydada icrası;

Tenderdə iştirak etmək istəyən  şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə 

03 .12. 2024-cü il tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466) ünvanına İlkanə Mütəllimova adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcək. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə (ilkana.mutallimova@afb.az) müraciət edə və yaxud İlkanə Mütəllimova (050 290 58 84) ilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər