11 C
Baku
Thursday, December 18, 2025

“AFB BANK” tender elan edir

Tenderin adı“AFB BANK”ASC tərəfindən  Marketinq agentliyi xidmətlərinin satın alınması

Tenderin elan tarixi: 17.12.2025

İştirak üçün sənəd qəbulunun son tarixi: 26.12.2025

Tender təkliflərinin son qəbul tarixi : 09.01.2026

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
  • tender təklifi (tender zərflərinin açıldığı tarixdən (25 noyabr 2025-ci il) sonra azı 30 (otuz) iş günü qüvvədə olmalıdır
  • İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
  • iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
  • iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı

Göstəriləcək xidmətlərin siyahısı:   

  • Copywriting və Kommunikasiya
  • SMM postları üçün reklam xarakterli mətnlərin hazırlanması.
  • Bayram və əlamətdar günlər üçün təbrik məzmunlarının yazılması.
  • Kampaniyalar üçün kreativ adların və sloganalrın təklif edilməsi.
  • Vebsayt üçün mətnlərin yazılması və mütəmadi yenilənməsi.
  • Story və TikTok üçün yaradıcı video kontent ideyalarının verilməsi.
  • Reklam məqsədli Push və SMS mətnlərinin hazırlanması.
  • Radio reklamları üçün səsləndirmə mətnlərinin hazırlanması.
  • Reklam filmləri üçün skriptlərin hazırlanması.

Dizayn İşləri

  • Sosial media üçün aylıq post dizaynları (statik və dinamik – minimum 12 dizayn).
  • Sosial media postlarının bütün adaptasiyalarının hazırlanması.
  • Çap məhsullarının dizaynı (leaflet, buklet, poster, açıqca və digər materiallar).

Foto və Video İstehsalı

  • Ayda minimum 4 dəfə brendə uyğun foto çəkilişlərin həyata keçirilməsi.
  • Ayda 4 ədəd qısa video kontent (Reels və s.) hazırlanması.
  • Animasiya çarxlarının yaradılması (mövzudan asılı olaraq qrafik animasiya və motion dizayn).

Digər Kreativ və Marketinq Xidmətləri

  • Özəl günlər üçün brendinq olunmuş korporativ hədiyyələrə dair təkliflərin verilməsi.
  • Bazar trendlərinin izlənilməsi və mütəmadi əsaslandırılmış təkliflərin təqdim edilməsi.
  • Böhran vəziyyətinin analizi, kommunikasiya idarəetməsi və strategiyanın hazırlanması.
  • Bayram və digər özəl günlər üçün xüsusi kommunikasiya və kampaniya planlarının hazırlanması.
  • Sosial media hesablarının idarə olunması, təhlükəsizlik tədbirlərinin görülməsi və ümumi nəzarət.
  • Səhifə statistikasının artımı üçün strategiyaların hazırlanması və icrası.
  • Müsabiqələr, giveaway-lər və ya digər interaktiv fəaliyyətlərlə orqanik izləyici artımının təmin edilməsi.
  • Blogger və influencerlərlə əməkdaşlıq strategiyalarının hazırlanması və idarə olunması.
  • Həftəlik və aylıq analitik hesabatların hazırlanması.
  • Aylıq sosial media post planının hazırlanması.
  • Məhsul və kampaniyalar üzrə kommunikasiya planlarının hazırlanması.
  • Rəqiblərin analizi və tələb olunan formatda hesabatların təqdim edilməsi.

*Bəndlər üzrə qiymətlər ayrı-ayrı qeyd edilməlidir.

Tender təklifinin valyutası

Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi Azərbaycan Respublikasının milli valyutasında aparılır.

Ödəniş şərtləri

Xidmətlər üçün təsdiq ediləcək məbləğ hər ay   təhvil-təslim sənədləri imzalandıqdan sonra 10 iş günü ərzində ödəniləcək.

Tenderdə iştirak etmək istəyən  şirkətlər qiymət təkliflərini  tələb edilən sənədlər ilə birlikdə qapalı zərfdə 26.12.2025-ci il -tarixinə kimi, qiymət təkliflərini isə 09.01.2026-cı il tarixinə kimi poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına  göndərməlidir. Tenderdə iştirakı təsdiq edilən şirkətlərə 27.12.2025-ci il tarixində əsas şərtlər toplusu və digər məlumatlar göndəriləcək. Yaranacaq suallarla bağlı  e-mail  vasitəsi ilə ( [email protected]  ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 )  ilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər