12 C
Baku
Saturday, November 23, 2024

“AFB Bank” və “Qərbi Kaspi Universiteti”arasında əməkdaşlıq Memorandumu imzalandı!

®“AFB Bank ASC və “Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Tərəflərin qarşılıqlı razılaşması əsasında universitetin yuxarı  kurs tələbələri  və məzunları “AFB Bank ın Təcrübə proqramına qoşulacaq və burada  xüsusi istedadı ilə seçilən təcrübəçilər mövcud vakansiyalar üzrə işlə təmin olunacaqlar.

AGBL8626 scaled

Burada məqsəd, cəmiyyətimizin gələcəyi olan savadlı və özünə güvənən gənclərin  nəzəri biliklərinə  praktik  biliklər əlavə etməklə onları əsl peşəkar kimi yetişdirməkdir. 

Qeyd edək ki, Bankın Yay Təcrübə proqramında 40-a yaxın iştirakçı, ixtisasları üzrə bankın müxtəlif strukturlarında  təcrübə keçiblər. Yaxşı nəticə göstərən bir neçə nəfər təcrübəçi mövcud vakansiyalar üzrə bankda işlə təmin olunublar.

AGBL8613 scaled

Yeni Layihəsi çərçivəsində  “AFB Bank”,  yüksək peşəkarlığına və verdiyi təhsilin səviyyəsinə etibar etdiyi Qərbi Kaspi Universiteti” ilə əməkdaşlıq etmək qərarına gəlib. 

Bu, “AFB Bank”-ın Təcrübə proqramı” çərçivəsində  reallaşdırdığı ilk  əməkdaşlıq proqramıdır və Bank, gələcəkdə də digər təhsil müəssisələri ilə bu tipli layihələri həyat keçirməyi planlaşdırır.

AGBL8590 scaled

 Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 çağrı mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər