11 C
Baku
Wednesday, December 11, 2024

“AFB Bank” yarımillik maliyyə nəticələrini açıqladı

“AFB Bank” 2021-ci ilin ilk 6 ayında 8.18 milyon manat həcmində xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə bankın maliyyə hesabatında deyilir.

İlin ilk yarımilində bankların faiz gəlirlərinin həcmi 6.48 mln. manat olmuşdur. Bunun da 5.14 mln. manatı müştərilərdən cəlb edilən kreditlər üzrə faizlərdən, 1.2 mln. manatı ticarət və investisiya qiymətli kağızları üzrə gəlirlər təşkil etmişdir.

“AFB Bank”ın faiz xərclərinin həcmi 838 min manat olmuş (burada cəmi 113 min manatı depozitlər üzrə faiz xərcləridir), qeyri-faiz gəlirlərinin həcmi 3.95 milyon manat olmuş, qeyri-faiz xərclərinin həcmi 7.1 mln. manat olmuşdur. Buradan da 5.7 mln. manat  mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardandan vəsait daxil olmuş və beləliklə 8.18 mln. manat xalis mənfəət etmişdir. 2020-ci ilin eyni dövründə xalis mənfəətin həcmi 3.22 mln. manat idi.

Bu xalis mənfəətdən sonra “AFB Bank”ın balansındakı bölüşdürülməmiş mənfəətinin həcmi 13.66 mln. manata yüksəlmişdir.

Bankın aktivlərinin həcmi isə 259.4 mln. manat təşkil etmiş, bunun da 162.41 mln. manatı müştərilərə verilmiş kredit təşkil edib. Öhdəliklərin həcmi isə 174.04 mln. manat olmaqla, burada 89.73 mln. manatı müştərilərdən cəlb edilmiş depozitlər təşkil etmişdir.

3123312321 1

Son xəbərlər
Digər xəbərlər