10 C
Baku
Wednesday, December 17, 2025

“AFB Bank” yerli fond bazarında $10 mln.-luq istiqraz buraxır

“AFB Bank” ASC Bakı Fond Birjasındaümumi həcmi 10 milyon ABŞ dolları olan istiqraz buraxılışını reallaşdırmağı planlaşdırır.

Banker.az xəbər verir ki, buraxılış hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 100 000 ədəd faizli, adlı, təminatsız və sənədsiz istiqrazı əhatə edir. Qiymətli kağızlar kütləvi təklif yolu ilə yerləşdiriləcək və 18 ay müddətində dövriyyədə olacaq.

İllik gəlirlilik 7 % səviyyəsində müəyyən edilib, faiz ödənişləri isə rüblük əsasda həyata keçiriləcək. Yerləşdirmə prosesinin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Qeyd edək ki, bank fəaliyyətinə 2008-ci ildə “Azfinansbank” adı ilə başlayıb və 2009-cu ildə rebrendinq edərək “AFB Bank” adını qəbul edib. Bankın nizamnamə kapitalı 70,393 milyon manatdır. Səhmlərin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova, 0,18 %-i Cəmil Tahir oğlu Muradova, 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər