2 C
Baku
Sunday, December 15, 2024

“AFB Bank”ın İdarə Heyətinə yeni sədr təyin edilib

AFB Bank-ın Müşahidə Şurasının qərarı ilə AFB BANK-ın İdarə Heyətinə yeni Sədr təyin edilib.

Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarə edilməsi üzrə magistr dərəcəsi alan Orxan Xubanlı, “London Business School” Korporativ Maliyyə və Risklərin Idarə edilməsi proqramının məzunudur.

O.Xubanlı həmçinin yüksək ixtisaslı maliyyə mütəxəssilərinin təhsil aldığı, dünya miqyasında lider və nüfuzlu təhsil ocaqlarından biri olan  “Harvard Business School”-da Liderliyin Inkişafı proqramının məzunudur.

Sədr vəzifəsinə təyin edilmiş O.Xubanlı “Azərbaycan Beynəlxalq Bankı” ASC-də müxtəlif vəzifələrdə çalışmış və “Bank Standard” QSC-da filial müdiri vəzifəsindən İdarə Heyətinin Sədrinin I müavini vəzifəsinə qədər yüksəlmişdir.

Daha sonra əmək fəaliyyətini  Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda İcraçı direktorun müşaviri, “AZSIĞORTA” ASC-də Baş icraçı direktor kimi davam etdirib.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər