-1 C
Baku
Saturday, December 14, 2024

“AFB Bank”nin Audit Komitəsinə yeni təyinatlar olub

“AFB Bank” ASC-nin Audit Komitəsinin tərkibində dəyişikliklər olub.

Banka istinadən, indiyə qədər Komitənin üzvləri olan Ələkbər Məmmədov və Vüsal Dadaşov öz ərizələri ilə işdən çıxmışlar.

Onların yerinə Famil Kərimov Haşım Əliyev təyin edilib. Audit Komitəsinin sədri isə Şadiyyə Amanovadır.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i “Gilan” MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu “Gilan Holdinq” MMC-nin İH-nin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər