“AFB Bank” ASC-nin 1 yanvar 2019-cu il tarixdə işçilərinin sayı 238 nəfər təşkil edib.
Banker.az xəbər verir ki, bu da son 6 ay ərzində bankın işçi heyətinin 34 nəfər azalma olması deməkdir.
Bankın 2018-ci ilin 1 yanvarında işçi sayı 263 nəfər, həmin ilin iyulun 1-də 272 nəfər idi.
Göründüyü kimi “AFB Bank”ın işçi heyəti 2018-ci ilin 1-ci yarısında artımlar müşahidə olunsa da ilin sonuna azalmalar başlayıb.
Bundan əlavə olaraq Bank 2019-cu ilə başlarkən səhmdarının “Gilan Holding” MMC-dən (99,64%) fiziki şəxs olan Hikmət İsmayılova ötürülüb. Bu dəyişmədən sonra hələki bankda yeganə dəyişiklik Müşahidə Şürasında üzvlükdəki Eldar Cəfərov vəzifəsini tərk etmişdi və onun yerinə buna qədər Baş icraçı direktor olan Samir Şirinov təyin olunmuşdu. ( Bu barədə Banker.az artıq bir dəfə məlumat yayıb.)