15 C
Baku
Cümə, Oktyabr 22, 2021

“AFB Bank”da struktur dəyişiklikləri olub

faizlere

“AFB Bank” ASC-də struktur dəyişiklikləri həyata keçirilib. Dəyişikliklərə əsasən, Bankın İdarə Heyətində baş direktor vəzifələri yaradılıb.

İndiyə qədər “AFB Bank”ın İdarə Heyətinin sədr müavini olan Aynur Şirinova və Maliyyə Departamentinin direktoru Lalə Quliyeva Bankın baş direktorları təyin ediliblər.

Maliyyə Departamentinə rəhbərlik isə Əli Muxtarova həvalə edilib.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb.

Səhmlərin 99,64%-i “Gilan” MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu “Gilan Holding” MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.

Report

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər