18 C
Baku
Friday, November 22, 2024

“AFB Bank”da struktur və kadr dəyişiklikləri olub

“AFB Bank” ASC-nin Xəzinədarlıq Departamenti ləğv olunub. Bu barədə agentlik Banka istinadən xəbər verir.

QEYD: AFB Bank-dan Banker.az verilən məlumata görə,bankın strukturunda hər hansı bir dəyişiklik olmamışdır. Qeyd olunan informasiya reallığa uyğun deyildir.

Xatırladaq ki, adı çəkilən departamentə yaxın vaxtlara qədər Behnam Qurbanzadə rəhbərlik edib və sonradan öz istəyi ilə işdən çıxıb.

Bu günlərdə “AFB Bank”ı həmçinin Təhlükəsizlik Departamentinin direktoru Azər Bəhramov tərk edib. Bundan başqa, indiyə qədər Bankın Təminat Departamentinin direktoru vəzifəsini icra edən Məmməd Dadaşovu Qəhrəman Abbasov əvəz edib.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i “Gilan” MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu “Gilan Holding” MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər