14 C
Baku
Sunday, November 24, 2024

“AFB Bank”da “Talassemiyasız yaşam üçün” – “Qan ver, həyat qurtar!” şüarı altında Qanvermə aksiyası keçirilib!

“AFB Bank” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsindəki sosial layihələrdən daha birini uğurla sonlandırdı.

Bank Zəfər günü ərəfəsində Milli Hematologiya və Transfiziologiya Mərkəzinin Mərkəzi Qan Bankı ilə birgə “Talassemiyasız yaşam üçün” – “Qan ver, həyat qurtar!” şüarı altında Qanvermə aksiyası keçirdi. Bankın Mərkəzi ofisində baş tutan aksiyada həkim-hematoloqların nəzarəti ilə əməkdaşlardan qan götürüldü. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.

Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan

“AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 Çağrı Mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər