26 C
Baku
Saturday, May 31, 2025

“AFB Bank”da yeni təyinat

“AFB Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoruna müavin təyin edilib.

Banker.az xəbər verir ki, yeni vəzifəyə təyin edilən Eltural Allahverənovdur.

O, 2024-cü ilin noyabr ayından 2025-ci ili may ayına kimi “Kapital Bank”da menecer,  2016-2024-cü illər ərzində isə “Kapital Bank”da monitorinq üzrə mütəxəssis, korporativ kredit analitiki kimi çalışıb.

Eltural Allahverənov 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində “Riyaziyyat və Kompüter Elmləri” üzrə bakalavr dərəcəsi, 2013-2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin idarə edilməsi və menecmenti” üzrə magistr dərəcəsinə yiyələnib.

Son xəbərlər
Digər xəbərlər