6 C
Baku
Sunday, December 15, 2024

AFB Bankdan “FHN işçilərinə 50% endirim kampaniyası”.

®AFB Bank  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına 50% endirimli xüsusi kampaniyaya start verir!

1 Fevral -1 Mart tarixlərində AFB Bankdan kredit götürən Fövqəladə Hallar Nazirliyinin  bütün əməkdaşları rəsmiləşdirmə komissiyasına 50% endirim əldə edəcəklər.

Bankdan verilən məlumata görə, kampaniya çərçivəsində FHN əməkdaşlarına 30 000 AZN-dək kredit  illik faiz dərəcəsinə 2% endirim tətbiq edilməklə veriləcək. 

Müştərilər illik 14%-ə qədər endirilmiş krediti 48 aya qədər rahat ödəmə üstünlüyünü qazanacaqlar. Həmçinin , 20 000 AZN-dək krediti zaminsiz və sığorta haqqı tutulmadan, eyni zamanda növbəsiz və çevik rəsmiləşdirmə ilə əldə edəcəklər.

“AFB Bank”ın təqdim etdiyi “FHN işçilərinə  50% endirim kampaniyası”ndan yararlanmaq üçün link-dən  onlayn sifariş edə və ya filiallardan əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı www.afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 Çağrı Mərkəzinə zəng etməklə əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər