14 C
Baku
Sunday, November 24, 2024

“AFB Bank”dan  “Gömrük işçilərinə 50% endirim kampaniyası”

®“AFB Bank”dan  “Gömrük işçilərinə 50% endirim kampaniyası”

Maliyyə bazarında xüsusi mövqeyə malik olan AFB Bank, “Gömrük işçilərinin peşə bayramı günü” və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi münasibətilə “Gömrük işçilərinə 50% endirim kampaniyası”na start verir.

26 Yanvar-1 Mart 2022-ci il tarixlərində AFB Bankdan kredit götürən Dövlət Gömrük Komitəsinin bütün əməkdaşları rəsmiləşdirmə komissiyasına 50% endirim əldə edəcəklər.

Bankdan verilən məlumata görə, kampaniya çərçivəsində gömrük əməkdaşlarına 30 000 AZN-dək kredit  illik faiz dərəcəsinə 2% endirim tətbiq edilməklə veriləcək. 

Müştərilər illik 14%-ə qədər endirilmiş krediti 48 aya qədər rahat ödəmə üstünlüyünü qazanacaqlar. Həmçinin, 20 000 AZN-dək krediti zaminsiz və sığorta haqqı tutulmadan, eyni zamanda növbəsiz və çevik rəsmiləşdirmə ilə əldə edəcəklər.

“AFB Bank”ın təqdim etdiyi “Gömrük işçilərinə 50% endirim kampaniyası”ndan yararlanmaq üçün https://bit.ly/3fVHpmj  onlayn sifariş edə və ya filiallardan əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı www.afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 Çağrı Mərkəzinə zəng etməklə əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər