1 C
Baku
Saturday, December 14, 2024

“AFB Bank”dan sərinlədən yay krediti: yeni müştərilərə komissiya 0%

®Müasir bank xidmətlərini müxtəlif təkliflərlə müştəriləri üçün daha sərfəli edən “AFB Bank” yeni “Sərinlədən yay krediti” adlı kampaniyasını elan edib. 14 iyunda başlayan kampaniya çərçivəsində bankdan ilk dəfə nağd pul krediti alan müştərilər üçün komissiya 0% təşkil edir. Belə ki, müştərilər 3-48 aylıq müddətə kredit götürdükləri halda nağdlaşdırma və ya digər hesaba köçürmə zamanı əlavə heç bir komissiya ödəmirlər. 

Bundan başqa, kampaniya müddətində illik faiz dərəcəsi 11.99%-dən başlayaraq 3-48 aylıq müddətə kredit sifariş etmək mümkündür. 

Kampaniyadan yararlanmaq istəyən şəxslər daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərlər.

Məlumat üçün qeyd edək ki, hər bir müştəriyə fərdi və diqqətli yanaşma prinsipi ilə fəaliyyət göstərən “AFB Bank” həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri təqdim edir. Hazırda 7 filial və 4 şöbəsi ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində fəaliyyət göstərir. 

 

Son xəbərlər
Digər xəbərlər