20 C
Baku
Wednesday, April 24, 2024

“AFB Bank”ın “Bahar müjdəsi” kampaniyasının müddəti uzadıldı

®“AFB Bank” “Bahar müjdəsi” kampaniyasının müddətinin uzadılması ilə bağlı qərar qəbul edib. 15 martdan etibarən davam edən kampaniya çərçivəsində cəmi 13,99 % illik faiz dərəcəsi ilə 48 ayadək müddətə nağd pul kreditini əldə etmək mümkün olacaq.

Qeyd edək ki, “Bahar müjdəsi” kampaniyasından 70 yaşadək rəsmi əməkhaqqı və təqaüd alan hər kəs yararlana  bilər.  

Maksimal məbləği 30 000 AZN-dək olan kredit komissiyasız və zaminsiz təqdim edilir.

“Bahar müjdəsi” kampaniyasından yararlanmaq üçün “AFB Bank”ın filial və şöbələrinə yaxınlaşaraq və ya https://bit.ly/37FK42O sifariş edə bilərsiniz. 

Kampaniya ilə bağlı daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.

Xatırladaq ki, ölkənin ən dinamik inkişaf edən banklarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlayıb. Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər