15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

“AFB Bank”ın mənfəəti 2 dəfəyə yaxın artıb – Maliyyə vəziyyəti

Screen Shot 2021 09 02 at 14.34.20

“AFB Bank”  bu ilin I rübünü 4 milyon 425 min manat mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 2 milyon 553 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 1.7 dəfə artması deməkdir.

Banker.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

XƏRCLƏRİ AZALIB

Bu ilin 1-ci rübündə “AFB Bank”ın cəmi gəlirləri 7 milyon 62 min manat, cəmi xərcləri isə 4 milyon 65 min manat təşkil edib. Ötən ilin eyni dövründə isə bankın cəmi gəlirləri 9 milyon 566 min manat, cəmi xərcləri isə 4 milyon 906 min manat olub.

Yanvar-mart aylarında “AFB Bank”ın aktivləri 263 milyon 864 min manat olub ki, bu da ötən ilin sonuyla müqayisədə 6.2% azalma deməkdir. Bunun 167 milyon 540 min manatı müştərilərə verilmiş kreditlərdir.

DAŞINMAZ ƏMLAK KREDİTLƏRİ PORTFELİ ARTIB

Müştərilərə verilən kreditlərdən 23 milyon 685 min manatı istehlak kreditləri (ötən ilin sonunda 27 milyon 746 min manat), 100 milyon 664 min manatı biznes kreditləri (ötən ilin sonunda 113 milyon 441 min manat), 43 milyon 192 min manatı daşınmaz əmlak kreditləri (ötən ilin sonunda 41 milyon 43 min manat) olub.

“AFB Bank”ın öhdəlikləri 3 ayda 15.4% azalaraq 182 milyon 373 min manat təşkil edib. Bankın depozit portfeli 93 milyon 571 min manatdır ki, bunun da 26 milyon 744 min manatı fiziki şəxslərin depozitləri, 66 milyon 827 min manatı isə hüquqi şəxslərin depozitləridir.

mzz sh c

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər